Ronaldo baş məşqçini qovdurdu

Xəbər verdiyimiz kimi, portuqaliyalı ulduz Kriştianu Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun baş məşqçisi Rudi Qarsiyadan narazılığını bildirmişdi.

Yenicag.az xəbər verir ki, o, istəyinə çatıb.

“Əl Nəsr” klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Rəsmi məlumat açıqlanmasa da, İspaniyanın “Marca” nəşri bu barədə məlumat yayıb. Bildirilib ki, klub gün ərzində açıqlama yayacaq.