!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldo bir daha futbol oynamayacaq?

!Reklam – Yazi

uuuuuuuuuuuuuBraziliyada keçirilən futbol üzrə dünya kubokunda iştirak edən Portuqaliya milli komandasının ulduzu Kriştiano Ronaldonun oynamağa davam etməsi halında futbol həyatının təhlükə ilə üzləşəcəyi iddia edilir.

Sol dizindəki zədəsi səbəbindən müalicəsi davam edən Ronaldo ilə Portuqaliya millisinin tibb qrupu xüsusi bir görüş keçirib və ulduz oyunçuya turnirin digər matçlarında oynamamaq məsləhət bilinib.

İddialara görə, öz həkimi tərəfindən də nəzarətə alınan portuqaliyalı ulduza, turnirə davam edəcəyi təqdirdə professional futbol həyatını riskə atacağı və bir daha futbol oynaya bilməyəcəyi xəbərdarlığı edilib.

Vəziyyətin ciddiliyinə baxmayaraq, dünya kubokuna davam etmək istəyən 29 yaşındakı oyunçunun, özünü yaxşı hiss etdiyi və iyunun 22-də Portuqaliyanın ABŞ ilə qarşılaşmasında meydana çıxmaq istədiyi iddia edilir.

Qeyd edək ki, Portuqaliya ilk matçında Almaniyaya 4-0 məğlub olub və 90 dəqiqə sahədə qalan Ronaldo yaddaqalan oyun göstərməyib.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv