Ronaldo bu komandaya transfer oldu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun yeni komandası məlum olub.

Yenicag.az xəbər verir ki, “Mançester Yunayted”dən ayrılan Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Yanvarın 1-dən etibarən “Əl-Nasr”ın formasını geyinəcək Ronaldo klubla 500 milyon avro dəyərində müqaviləyə imza atıb.