Ronaldo “Əl-Nəsr“də ilk oyunu buraxacaq

“Əl-Nasr” klubuna transfer olan portuqaliyalı ulduz Kriştianu Ronaldo ilk matçı buraxmalı olacaq.

Yenicag.az xəbər verir ki, “Əl-Nasr”in “Əl-Tai” ilə oynayacağı matçda Kriştianu Ronaldo iştirak edə bilməyəcək.

Buna səbəb Ronaldonun “Manchester United”in futbolçusu olarkən “Everton”la matçdan sonra bir azarkeşin telefonunu yerə atmasına görə 2 oyunluq cəza almasıdır.

FIFA-nın Oyunçuların Statusu və Transfer Qaydalarının 12.1-ci maddəsinə görə Ronaldo qitəni dəyişsə də Premyer Liqada aldığı son cəza ilə üzləşməlidir.