!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ronaldo fürsətdən istifadə etdi" - Florentino Perez

!Reklam – Yazi

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Perez xarici KİV-ə müsahibə verib.

Yenicag.az klub rəhbərinin müsahibəsindən maraqlı məqamları təqdim edir:

– Eden Hazardla bağlı danışıqlar gedirmi?

– Final oynayacaq bir klub ilə necə danışıqlar apara bilərik? (Gülür) Eden Hazard çox bəyəndiyim və ən yaxşı oyunçulardan biridir. Ötən il onu sadəcə transfer etmək istədim, bu il isə bu mənim arzularımdan biridir. Məndə elə bir hiss var ki, Eden Hazard tezliklə bizim sıralarımıza qoşulacaq.

– Bəs, Kriştiano Ronaldo niyə ayrıldı?

– Ronaldo sadəcə, yeni macəra istədi və Çempionlar Liqasının finalından sonra fürsətdən istifadə edərək, bunu bildirdi. O, mənim indiyədək transfer etdiyim ən yaxşı oyunçudur. Onun klubdakı 9 ili mükəmməl keçdi və heç bir problem olmadı. Onunla pul barədə heç bir problemim olmadı. Ronaldo ilə münasibətlərimiz yaxşı idi. Kriştiano vergisini bizim ödəməyimizi istəmədi. Sadəcə, bir qədər dəyişiklik və daha yaxşı müqavilə barədə düşündüyünü bildirdi. Sonda isə, bunu “Yuventus” klubunda tapdı. Nəticədə, bu transfer baş tutdu. Böyük oyunçuların bir çoxu yeni macəralar axtarışında olur. Sonda bunu “Yuventus”da tapıb xoşbəxt oldusa, biz də xoşbəxtik.

Mənim üçün turnirlərin ən böyüyü UEFA Çempionlar Liqasıdır. Zinəddin Zidan ayrılmışdı, çünki, o qədər çempionluqdan sonra, üzərində xeyli təzyiq və yorğunluq var idi. Eyni şey oyunçularda da var idi. Zidan buna görə bir qədər sakitlik istəmişdi. O, mənə zəng edib, bunu bildirdi və istirahət etmək istədiyini dedi. Əgər Zidan bir şey barədə qərar verdisə, o qərarı dəyişmək mümkün deyil. O, oyunçu kimi onu transfer etdiyimdən bəri bu cürdür.

Futbol dünyası irrasionaldır. Səndən ancaq qazanmağı tələb edir. Hətta, klub tarixinə düşən bəzi oyunçular belə yeri gəldiyində xeyli təzyiqə məruz qaldı, bəziləri də buna görə fitə basıldı. Futbol dünyası bu cürdür. Biz o qədər ÇL-i qazandıqdan sonra, bunu yenidən qazanmaq adi görünür, asan görünür. Amma, elə deyil.

– “Barselona”nın “Liverpul”a məğlubiyyəti barədə nə deyə bilərsiniz?

– Sözün düzü, mən onların “Liverpul”a məğlub olmasına məyus oldum. Sadəcə, bunun özü belə bizim etdiklərimizin necə çətin və dəyərli işlər olduğunu göstərir.

– Serxio Ramos klubdan ayrılaraq Çinə getmək istədiyini sizə bildirib?

– Ramos sadəcə, mənə Çindən transfer təklifi olduğunu, amma, onların ölkə qaydaları ilə bağlı məsələdən transferə pul ödəyə bilməyəcəklərini bildirdi. Başqa heç nə olmayıb. Mən ona kapitanımızın buradan ayrıla bilməyəcəyini bildirdim. Klubda ən çox maaş alan odur və buna tam layiqdir. Kapitanımız ən çox qazanan olmalıdır. O, bizdən ayrılmasını istəməyib. Biz isə onu buraxmırıq.

– Bəs, Kylian Mbappe və ya Neymar transferi…

– Zidanla bu barədə danışmamışam. Biz Kylian Mbappe ilə danışmayacağıq belə. Əgər hansısa oyunçunu istəsək, birinci onun klubu ilə danışarıq. Biz başqa oyunçuların olduqları klublara hər zaman hörmət edirik. İnsanları sadəcə bizə “Real Madrid” barədə nəsə öyrətməməyə və bizə kimləri transfer edib, kimləri etməyəcəyimizi deməməyə çağırıram.

– Xames Rodriqez və Luka Yovic məsələsi?

– Xamesi başqa bir klub daha baha qiymətə satması üçün heyətə qatmaq fikrim yoxdur. Luka Yovic də yaxşı oyunçudur. Mən sadəcə, onu deyə bilərəm ki, bu il və gələn il ərzində ən yaxşı oyunçuları gətirməyə çalışacağam. Bizim tək planımız yenidən arzuların komandasını yaratmaqdır. İnsnlar məni yaxşı tanıyır. İstədiyimdə ən yaxşı oyunçuları heyətə qatmaq istədiyimdə bunu edə bildiyimi yaxşə bilirlər. Bizim istəyimiz sadəcə yaxın illər ərzində arzuların komandasını yaratmaqdır. Marton Odeqaard? O, buraya gələndə 16 yaşı var idi, bu gün 20 yaşı var və inkişaf etməyə davam edir. O, bu mövsüm Hollandiyada 2-3 ən yaxşı oyunçudan biri oldu. Onu deyə bilərəm ki, yaxın 2-3 il ərzində “Real Madrid”in əsas ulduzlarından birinə çevriləcək. Biz özümüz də gənc oyunçuları kluba cəlb etməyə başlamışıq. İnsanlar bunun təsirini qısa zman ərzində görmək istəyirlər. Amma, məsələn Dani Karvahal buraya 10 yaşında, Rafael Varan 18 yaşında, Serxio Ramos 19 yaşında, Marselo isə 18 yaşında gəlib. Bu gün isə onları nailiyyətlərinə baxsaq, dəfələrlə dünyada mövsümün heyətlərinə düşdüyünü görərik. Aldığımız Vinicius, Rodriqo, Brahim Diaz kimi gənc oyunçular da qarşıdakı illərdə bizim əsas ulduzlarımızdan olacaq. Onlar qarşıdakı illərdə UEFA Çempionlar Liqası çempionu olacaqlar. Məsələn, Leonel Messiyə baxaq. O, gənc yaşlarından “Barcelona”da oldu və klubun son illərdəki uğurlarının əsas memarıdır. O, “Barselona”nı uğurlara daşıyan adamdır. Biz komanda olaraq son 10 ildə 17 titul qazanmışıq. Bu mövsüm isə artıq 1000 gündən çoxdur ki, Avropada son çempionlar bizik. Bir qədər yorğunluq səbəbilə fasilə olması normaldır. Amma, insanlar etdiklərimizi unutmasınlar.

www.yenicag.az

3152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv