Ronaldo hər saatına nə qədər qazanır? – İnanılmaz sərvət

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan idmançısıdır.

Yenicag.az xəbər verir ki, portuqaliyalı oyunçunun futboldan kənar işlərində yarımgünlük qazancı 1,1 milyon avroya bərabərdir. Bu isə hər saata 244 min avro deməkdir.

“Forbes”in məlumatına görə, o, son 12 ayda 88 milyon dollar qazanıb. Bu gəlirin 1/3 hissəsi “Nike” və “Tag Heuer” şirkətləri ilə bağlanmış reklam əməkdaşlığından əldə olunub. Bundan başqa Ronaldonun “Herbalife”, “Castrol”, “Samsung” və KFC şirkətləri ilə də müqaviləsi var.

Hücumçunun reklam əməkdaşlığı “Real”la olan meqa-müqavilənin ən önəmli hissəsidir və portuqaliyalı bundan 50 milyon dollar qazanır. Bu səbəbdən ulduz oyunçu İspaniya klubundan ayrılsa, 1 milyard dollar təzminat ödəməli olacaq.

Ronaldo lüks avtomobillərə maraq göstərməsi ilə diqqət çəkir. Buna görə də onun maşın kolleksiyasına “Lamborghini”, “Maserati”,”Bentley”, “Porsche” kimi markalar daxildir. Memar Xoakin Torres tərəfindən inşa olunan 7,1 milyon dollarlıq villada yaşayan ulduz furbolçunun, iki il öncə Nyu-Yorkdakı Trump qüllələrindən 18,5 milyona ev də aldığı iddia edilir.

Yenicag.az