Ronaldo ilə bağlı daha bir şok iddia: 17 yaşlı qızı…

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı daha bir iddia ortaya atılıb.

Yenicag.az xəbər verir ki, bu dəfə 23 yaşlı Karima El Mahrouq 6 il əvvəl Ronaldo tərəfindən zorlandığını iddia edib.

23 yaşlı mərakeşli qadının sözlərinə görə, Ronaldo əvvəlcə ona 4 min avro qarşılığında yatmağı təklif edib.

Bu hadisə Mahroqun 17 yaşı olarkən baş verib. İddialara görə, o, Ronaldo ilə Milanda yerləşən otellərin birində gecələyib.

Qeyd edək ki, daha öncə Katrin Mayorqa adlı qadın da 2009-cu ildə Las-Veqasda Ronaldonun təcavüzünə uğradığını bildirmişdi.

Mayorqanın vəkili Leslie Stovallın sözlərinə görə, daha 3 qadın ulduz futbolçu tərəfindən zorlanıb.

COP29