!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ronaldo ilə görüşüb, məsələyə nöqtə qoyacam" - Klub prezidenti

!Reklam – Yazi

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, klub prezidenti yayılan xəbərlərin həqiqət olmadığını dilə gətirib:

“Ronaldo bu məsələyə görə bizə müraciət etməyib. Bu məlumatları qəzetlər yazırlar, insanlar mənə “A Bola” qəzetində yer alan xəbəri göndərirlər. Əlbəttə, bu xəbərlər bizi narahat edir. Ronaldo ilə Konfederasiyalar Kubokundan sonra mütləq görüşəcəm və bu məsələyə nöqtə qoyacam”.

Peres portuqaliyalı futbolçunun transfer qiymətini də açıqlayıb: “Kriştianonun bizimlə müqaviləsi var və o, bizim futbolçudur. İndiki halda onun transfer qiyməti 1 milyard avrodur”.

Yenicag.az

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv