İspaniya La Liqasının prezidenti Xavyer Tebas Joze Mourinyo və Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, Tebas, Mourinyo ilə Ronaldunun yenidən La Liqaya qayıtmalarını istədiyini bildirib:
“Mourinyonun yenidən İspaniya klublarından birində çalışmasını istəyirəm. O, çempionatımızı tanıtmaq üçün mükəmməl bir məşqçi və addır.
Açığı, Ronaldunun “Real”dan ayrılmasının bizə daha çox təsir edəcəyini düşünmüşdüm. Buna baxmayaraq, Ronaldunun yenə La Liqada çıxış etməsini istəyərəm”.
İngiltərə Premyer Liqası haqqında da danışan La Liqa rəhbəri, “Uzun illər boyunca Premyer Liqada “qızıl top” mükafatını qazanan olmadı, amma buna baxmayaraq, yenə də dünyanın ən yaxşı liqası idi. Bu, möhtəşəm bir işdir” deyib.
Mourinyo 2010-2013-cü illərdə “Real”ın baş məşqçisi olub. Ronaldu isə 2009-2018-ci illərdə “kral klubu”nun şərəfini qoruyub./goal.az/