“Yuventus”un hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Yenicag.az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telekanalına müsahibəsində gələn il futbolla vidalaşacağının mümkün olduğunu deyib:
“Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Bununla yanaşı, 40-41 yaşıma qədər oynamağım da mümkündür. Bilmirəm… Həmişə deyirlər ki, anlardan həzz almaq lazımdır. Mən də bunu davam etdirirəm”.