Ronaldo komanda yolaşlarından üzr istəyəcək

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Milan”la oyundakı kobud hərəkətinə görə öz komanda yoldaşlarından üzr istəyəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu həmklubları ilə birgə şam yeməyi planlaşdırır. O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür. Görüş noyabrın 23-də Berqamoda “Atalanta” ilə XIII tur matçından əvvəl baş tutmalıdı.

Xatırladaq ki, baş məşqçi Mauritsio Sarri Rusiya “Lokomotiv”i və “Milan”la son qarşılaşmaların gedişində Ronaldonu meydandan çıxarıb. Futbolçu forvard Sarrinin əlini sıxmayıb. Əvəzləndikdən sonra o, paltardəyişmə otağına yollanıb.

COP29