“Ronaldo məndən seks üçün istifadə etdi” – Nataşadan ittiham

“Kriştiano Ronaldo məni seks üçün istifadə edib”

Yenicag.az xəbər verir ki, bu iddia ilə portuqaliyalı model Nataşa Rodriges çıxış edib.

Nataşa bildirib ki, Ronaldonun sevgilisi Corcina Rodriges hamilə olarkən portuqaliyalı ulduz onunla yatıb:

“Ronaldonun Corcina ilə sevgili olmasından xəbərsiz idim. Onunla uzun müddət yazışdıqdan sonra görüşdük. Həqiqətən də Ronaldo ilə üz-üzə gəlmək xoş idi. Kriştiano ilə birlikdə gecə keçirdik. İndi başa düşürəm ki, o, məndən seks üçün istifadə edib. Amma yenə də təəssüflənmirəm. Çünki onunla bir gecə keçirmək mənim arzum idi”.

Qeyd edək ki, Ronaldo ötən gün 4-cü dəfə ata olub. Maraqlıdır ki, Nataşanın özü də 8 aylıq hamilədir.