“Yuventus”un yeni transferi Kriştiano Ronaldo tibbi müayinədən keçib.
Yenicag.az xəbər verir ki, ulduz futbolçunun müayinəsinin nəticələri həkimləri şoka salıb.
Belə ki, həkimlər müayinənin nəticəsinə görə futbolçunun bioloji yaşının 20 olduğunu müəyyənləşdiriblər.
Əgər digər futbolçuların bədənindəki yağlılıq 10-11 faizdirsə, bu, Ronaldoda 7 faizə bərabərdir.
Bundan başqa 33 yaşlı superstarın bədənindəki əzələ kütləsinin 50 faiz olduğu açıqlanıb.