Ronaldo “Real”dan ayrılacağını açıqladı

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmağa qərar verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı artıq bu barədə klub prezidenti Florentino Peresə də məlumat verib. Lakin Peres onu heç də buraxmaq niyyətində deyil. Məlumata görə, təcrübəli hücumçunun klubdan getmək istəməsinə səbəb “Real” rəhbərliyinin ona qarşı olan münasibətidir.

Bildirilir ki, Peresin “Monako”dan Kilian Mbappeni almağa çalışması Ronaldonun xoşuna gəlməyib.

Qeyd edək ki, Ronaldo bu mövsüm 13 matçda 8 qol vurub. Futbolçunun klubla olan müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.