Ronaldo “Real”dan ayrılır? – Futbolçudan açıqlama

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo transfer dedi-qodularına aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, o, İspaniya klubundan ayrılmaq niyyətində olmadığını bildirib:

“Madriddə qalmağı çox istəyirəm. Çünki klubumu çox sevirəm”.

Qeyd edək ki, portuqaliyalı ulduz cari mövsümdə meydana çıxdığı 25 matçda 18 qol vurub.