Ronaldo “Real”ı dünya çempionu etdi – VİDEO

Klublararası dünya çempionatı başa çatıb.

Yenicag.az xəbər verir ki, finalda Braziliyanın “Qremio” klubu ilə qarşılaşan Madrid “Real”ı rəqibini 1:0 hesabı ilə məğlub etməklə kuboku başı üzərinə qaldırıb.

Görüşdə yeganə qolu 53-cü dəqiqədə Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, bu, “Real”ın ardıcıl olaraq ikinci dünya çempionluğudur.