Portuqaliya yığmasının və Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo peşəkar keryasına başladığı Lissabon “Sportinq”inə qayıtmağı arzulayır.
Yenicag.az xəbər verir ki, bu barədə onun yaxın dostu Migel Payşau “Record”a açıqlamasında məlumat verib:
“Bəli, o, doğrudan da karyerasını “Sportinq”də başa vurmağı arzulayır. Ronaldo həmişə bu barədə danışır. Bu barədə danışmağımı da özü xahiş edib”.
Qeyd edək ki, 32 yaşlı ulduz futbolçunun İspaniya klubu ilə müqaviləsinin müddəti 2021-c ilin yayında başa çatacaq. Amma o, Madrid klubunu vaxtından əvvəl tərk etməyə hazırlaşır. Buna klub prezidenti Florentino Pereslə arasındakı münaqişə səbəb göstərilir.
Məhz son narazılıqlara görə İngiltərənin “Mançester Yunayted” klubu da Ronaldonu transfer etmək üçün fəaliyyətə başlayıb. Premyer Liqa təmsilçisi hətta keçmiş forvardını geri qaytarmaq üçün 400 milyon avroluq təklif də irəli sürüb.
Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”ə 2003-cü ildə məhz “Sportinq”dən transfer edilib.