Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun keçmiş sevgilisi Rafaella Fiko superstar barədə açıqlama verib.
Yenicag.az xəbər verir ki, Ronaldonun keçmiş model sevgilisi futbolçu barədə səsləndirilən zorlama xəbərlərinə münasibət bildirib.
“Ronaldo bunu edəcək biri deyil. Onunla sevgidolu 11 ay keçirdik. Mənimlə birlikdə olanda çox centlimen idi. Evdə belə işləyirdi”, deyə Fiko açıqlamasında qeyd edib.
Qeyd edək ki, Rafaello Fiko bir müddət əvvəl “Mario Balotelli yataqda Ronaldodan daha yaxşıdır” açıqlaması ilə gündəmə gəlmişdi.