Ronaldo Türkiyədə otel açır

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Türkiyədə otel açmağa hazırlaşır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Türkiyə, İtaliya və Yunanıstanda yeni mehmanxana açmaq niyyətindədir. “Pestana Grup” otellər şəbəkəsinə bu il ərzində daha 3 otel əlavə olunacaq.

Qeyd edək ki, Ronaldonun Argentina, Kuba, Hollandiya, ABŞ və Almaniyada da lüks mehmanxanaları var.