“Yuventus”un və Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo bu mövsümün sonunda klubunu dəyişə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında yazılar dərc edilir. Sözügedən ölkənin mətbuatı Ronaldonun “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.
Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq.
Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki oyunda əvəzlənməsindən narazı qalan futbolçu oyun başa çatmamış stadiondan gedib.
Qeyd edək ki, “Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir. /offsideplus.az/