Ronaldodan nümunəvi addım – Koronavirusla mübarizə üçün…

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirməyə qərar verib.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.

Xatırladaq ki, Ronaldo klub yoldaşı Daniele Ruqanidə təsdiqlənmiş koronavirusa görə İtaliyaya qayıtmır.

COP29