“Ronaldonu abort etmək istəyirdim” – Anasından şok etiraf

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru illər sonrakı etirafı ilə hamını təəccübləndirib.

Yenicag.az “Globo Esporte”a istinadən xəbər verir ki, o, oğlunun dünyaya gəlməsini istəmədiyini bildirib.

“Mənim artıq 3 övladım var idi. Abort etməyə çalışdım və bacarmadım. Xoşbəxtlikdən. Çünki Kriştiano mənim həyatımı işıqlandıran ulduza çevrildi. Mən qadınlara demək istəyirəm ki, bunu etməsinlər”,-deyə Aveyru “Cəsur ana” adlı yeni kitabında yazıb.

Portuqaliyalı futbolçu “Real Madrid”in heyətində 2009-cu ildən çıxış edir. 2017/2018 sezonunda Ronaldo bütün turnirlərdə 43 matça çıxıb və 44 qol vurub. Forvard 5 dəfə “Qızıl top”un sahibi olub.

COP29