!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldonu antirekorda aparan BİR qol - VİDEO

!Reklam – Yazi

Hər zaman rekordlar qıran Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu dəfə antirekorda imza atıb.

Yenicag.az xəbər verir ki, İtaliyanın “Juventus” futbol klubunun oyunçusu Kriştiano Ronaldo 2018’ci ili 49 qol ilə yekunlaşdırıb. 33 yaşlı Ronaldo 2010-cu ildən bu yana ilk dəfədir ki, bir il ərzində 50 qol səddini keçə bilməyib.

Onun əvvəlki illərdə vurduğu qol sayları belə olub: 2010 – 48, 2011 – 60, 2012 – 63, 2013 – 68, 2014 – 61, 2015 – 57, 2016 – 55, 2017 – 53, 2018 – 49.

Qeyd edək ki, çıxış etdiyi son oyunda dubl edən Ronaldo, rekordunu davam etdirmək üçün sadəcə 1 qola ehtiyac duyub.

www.yenicag.az

4228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv