!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldonu hönkür-hönkür ağladan KADRLAR – VİDEO

!Reklam – Yazi

Portuqaliyalı ulduz futbolçu Ronaldo qonaq olduğu televiziya verilişində atasının videosunu izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib.

Yenicag.az xəbər verir ki, “Juventus”un ulduzu Ronaldo İngiltərədə Pyers Morqanın məşhur telelayihəsinin qonağı olub.

Ronaldo veriliş zamanı 14 il bundan əvvəl itirdiyi atası ilə bağlı daha əvvəl görmədiyi görüntüləri izlədikdən sonra hönkür-hönkür ağlayıb:

“Bu müsahibənin əyləncəli olacağını düşünmüşdüm. Ağlayacağımı gözləmirdim. Bu görüntüləri heç görməmişəm. Harda olduğunu bilmirəm.

Atamı insan kimi tanımırdım, alkoqolik idi. Onunla heç vaxt normal danışa bilməmişəm, çox çətindir”.

Atasının 2004-cü ildə qara ciyər çatışmazlığından dünyasını dəyişdiyini bildirən Ronaldo “Bir nömrə olduğumu, aldığım mükafatları, ümumiyyətlə, kim olduğumu və heç bir uğurumu görmədi. Ailəm, anam, qardaşlarım, böyük oğlum bütün uğurlarıma şahid oldu, ancaq atam bunları görmədi, gənc yaşda öldü”, – deyə əlavə edib.

Firuzə Alimova

www.yenicag.az

2131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv