Ronaldonun bir dəqiqəsi neçəyədir? – Fantastik qiymət

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bir dəqiqədə qazandığı pul hesablanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hesablamaya görə, Ronaldo bir dəqiqədə təxminən 635 manat qazanır.

Hücumçunun bir saatda qazandığı pulun miqdarı isə 38 min manatdır.

Kriştiano bir gündə 925 min, bir ayda 29 milyon, bir ildə isə 336 milyon manat qazanc əldə edir.

Qeyd edək ki, Ronaldo 2025-ci ilə qədər Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə müqavilə imzalayıb.