!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldonun HƏDƏFİ: “Messidən yüksəkdə olmalıyam”

!Reklam – Yazi

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo onunla həmkarı Lionel Messi arasında aparılan müqayisədən danışıb.

Yenicag.az NTV Sport-a istinadən bildirir ki, ulduz futbolçu İngiltərənin İTV kanalında qatıldığı verilişdə çoxsaylı sualları cavablandırıb.

Ronaldo “France Football” jurnalı tərəfindən təsis edilmiş “Qızıl top” mükafatını onunla bərabər sayda – 5 dəfə qazanmış Messi haqqında bunları deyib:

“Messi futbol tarixinə düşdü. Lakin kariyeramın sonunda 6, 7 və ya 8 mükafat qazanaraq, ondan da yüksəkdə yer almalıyam. Bunu həqiqətən, istəyirəm. Məncə, buna layiqəm də…”

Kariyerası boyu “Barselona”lı Messi ilə müqayisə edildiyini vurğulayan Ronaldo aralarındakı münasibətlərdən də danışıb:

“Dost deyilik, amma 15 ildir, eyni səhnəni paylaşırıq. Onun varlığı məni daha yaxşı futbolçu olmağa sövq etdi, həmçinin mənim varlığım da onu…”

Firuzə Alimova

www.yenicag.az

2150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv