Ronaldonun heykəli ölkəni bir-birinə vurdu

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Kriştianu Ronaldoya qoyulan heykəl Hindistanda qarışqılıq yaradıb.

Yenicag.az BBC-yə istnadən xəbər verir ki, Portuqaliyanın müstəmləkəsi olmuş Qoa əyalətinin müstəqilliyinin 60-cı ildönümündə Ronaldnun heykəlinin qoyulması etirazla qarşılanıb.

Heykəlin açılış mərasimində qara bayraq qaldırılıb. Vətəndaşlar Ronaldonun yerinə milli futbolçunun heykəlinin qoyulmasının daha münasib olacağı fikrini paylaşıblar.