!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldonun ölüm sığortası, menecerinin qazandığı milyonlar

!Reklam – Yazi

Yayın “transfer bombası”nın “Yuventus” tərəfindən partladıldığını desək, yanılmarıq.

Yenicag.az xəbər verir ki, 100 milyon avro qarşılığında “Real”dan Kriştiano Ronaldonu transfer edən Turin təmsilçisi futbolçunun meneceri Jorge Mendesə də 12 milyon avro ödəyib.

Bundan başqa FİFA Həmrəylik Qurumu da bu keçiddən 5 milyon avro qazanıb. Bir sözlə, Ronaldo “Yuventus”a 117 milyon avroya başa gəlib.

Futbolçu ilə bağlanılan 4 illik müqavilənin maliyyə dəyəri isə 340 milyon avrodur. Ronaldo hər ili üçün 30 milyon avro maaş alacaq. Vergilərlə birlikdə Ronaldonun illik qazancı İtaliya klubuna 56 milyon avroya başa gələcək. “Yuventus”un yeni mövsümdəki maaş büdcəsinin 21 faizi Ronaldoya sərf olunacaq.

Lakin turinlilərin xərcləri bununla bitmir. Belə ki, portuqaliyalı superstarı qorumaq istəyən klub rəhbərliyi 33 yaşlı oyunçunu ölüm, qəza, zədə və s. bu kimi hallardan sığorta etdirəcək. Bu isə o deməkdir ki, “Yuventus” müxtəlif sığorta şirkətlərinə 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Yuventus” Ronaldo sayəsində həm də büdcəsini zənginləşdirməyi planlaşdırır. Təsadüfi deyil ki, klub futbolçunun transferi rəsmən açıqlandığı vaxtdan 24 saat ərzində forma satışından 8 milyon avro gəlir əldə edib.

www.yenicag.az

3962
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv