!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ronaldonun qolu möhtəşəm idi" - Ərdoğan dünya çempionatından danışdı

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bildirib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı açıqlamasında mundialın favoritlərinin büdrəməsindən söz açıb:

“Əvvəlcə favoritimin Almaniya olduğunu demişdim, amma yanıldım. Almaniya ilk matçda məğlub oldu, vəziyyət bir az çətinləşdi. Güclü komandalar məğlub olur: Almaniya uduzdu, Braziliya xal itirdi. Meksika əla başladı. Bundan sonra belə davam edib-etməyəcəyini bilmirəm”.

Türkiyə prezidenti İspaniya ilə matçda het-trikə imza ataraq Portuqaliyanı məğlubiyyətdən xilas edən Kriştiano Ronaldodan da bəhs edib:

“Ronaldonun cərimə zərbəsindən vurduğu qol möhtəşəm idi. Hər kəs o matçda elə oyun, xarakter nümayiş etdirə bilməz. Üstəlik, Ronaldonun Fələstin məsələsindəki münasibəti, bunlar çox önəmlidir. Ronaldonu alqışlayıram”.

www.yenicag.az

3028
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv