Ronaldoya 300 milyonluq təklif – Danışıqlar başladı

Fransanın PSJ klubu “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonu heyətində qatmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, Paris təmsilçisi ona beş il üçün 300 milyon avro ödəməyə də hazırdır. Fransızların artıq Ronaldo ilə danışıqlara başladığı bildirilir.

Maraq üçün bildirək ki, PSJ maliyyə “fair-play” qaydalarını pozmamaq üçün bu müqavilədən öncə azı 70 milyon avro dəyərində oyunçu satmalıdır. Buna görə də, klub Xavyer Pastore, Anhel Di Mariya, Yulian Draksler və ya Marko Veratti ilə vidalaşa bilər.

Qeyd edək ki, portuqaliyalının “Real”la müqaviləsinin müddət iyunun 30-da başa çatacaq.