Ronaldoya ağır cəza – Video

İspaniya Superkubokunun ilk oyunu çərçivəsində keçirilən “Barselona” – “Real” (1:3) matçında qırmızı vərəqə alan Kriştiano Ronaldo ağır cəza ilə üzləşə bilər.

Yenicag.az xəbər veri ki, buna səbəb portuqaliyalı ulduzun “qırmızı” aldıqdan sonra matçın baş hakimi Rikardo de Burqosu Benqonçeanını itələməsidir.

İspaniya mətbuatının yaydığı məlumata görə, hücumçu 4-12 oyunluq cəzalandırıla bilər. Məlumata görə, Ronaldo 4 oyunluq cəzalandırılsa, bu, yalnız İspaniya Superkuboku görüşlərində qüvvədə olacaq. O, 5 və daha artıq matçlıq cəzalandırılacağı təqdirdə isə, futbolçunun cəzası La Liqada oyunlarında da keçərli olacaq.

Yenicag.az