Ronaldoya AĞIR İTKİ – Oğlu vəfat etdi

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldonun yeni doğulan əkiz övladlarından biri vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə o sosial şəbəkədə yazıb.

37 yaşlı hücumçu yeni doğulan oğlunun vəfat etdiyini bildirib.

“Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir qədər ümid yaşamağa güc verir”, – Ronaldo əlavə edib.

Uşağın ölüm səbəbi dəqiq bilinmir.