!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldu: “Bu şansı səbrsizliklə gözləyirdim”

!Reklam – Yazi

450692“Özümü çox xoşbəxt hiss edirəm. Mən bu şansı 2004-ci ildən səbrsizliklə gözləyirdim. Düşünürəm ki, biz ölkəmizlə birgə bu uğura layiqik. Bu mənim karyeramda ən fantastik məqamlardan biridir”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu AVRO-2016 final matçını şərh edərkən deyib.

“Daima ölkəmə böyük qələbə bəxş etmək arzusu ilə yaşamışam. Nəhayət, bu an yetişdi. Oyunu vaxtından əvvəl tərk etməyimə çox heyfslənirəm, ancaq mən komandamızla birgə idim və qələbəyə inanmağa davam edirdim”, deyə K.Ronaldu bildirib.

Xatırladaq ki, Fransa-Portuqaliya matçının 25-ci dəqiqəsində zədələnən K.Ronaldu oyunu tərk etməli olub.

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv