Ronaldu ən yaxşı seçildi – Ardıcıl ikinci dəfə

İngiltərənin “Mançester Yunayted” klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.

Yenicag.az xəbər verir ki, portuqaliyalı futbolçu Kristiano Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.

Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.

Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlayıb.