Ronaldu millimizlə oyunu şərh etdi

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşma barədə paylaşım edib.

Yenicag.az xəbər verir ki, ulduz futbolçu “Facebook” hesabında etdiyi paylaşımda komanda yoldaşlarını təbrik edib.

“Dünya çempionatının seçmə mərhələsini qələbə ilə başlamaq çox vacibdir! Komandanı təbrik edirəm!”, – deyə K.Ronaldu bildirib.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.