Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.
Yenicag.az xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.
Rostov İstintaq Təcridxanasının girovluqdan azad edilən əməkdaşları xəsarət almayıblar.