Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü – 7 yaralı

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.

Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.