!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rövnəq Abdullayev monqol xanımları niyə "alıb"? - Məbləğ əvvəlcədən danışılıb ...

!Reklam – Yazi

Azərbaycanın qadınlardan ibarət cüdo üzrə milli komandasının heyəti gücləndirilib. ACF-nin yaydığı məlumata görə, bundan sonra monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq.), Purevsuren Buyanxişiq (52 kq.), Munxtsedev İçinxorlu (57 kq.) və ukraynalı İrina Kindzerska (+78 kq.) millimizin şərəfini qoruyacaq.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, cüdo federasiyası “milliləşmə” planını bir neçə ay əvvəldən düşünürmüş. Çünki artıq yerli qadın cüdoçular millini yavaş-yavaş tərk etməyə başlayıb. Buna görə də komandada böyük boşluq yaranıb. Boşluğu doldurmağa çalışan qurum üzvləri bir neçə ay idi ki, bəzi qadın cüdoçuları nəzarətdə saxlayırmış. Sonda 2 monqol, bir ukraynalı xanım seçimi üzərində dayanan federasiya onları sınaq yarışlarına da çıxartmağa vaxt tapıb.

Rövnəq Abdullayevin rəhbəri olduğu federasiyanın əcnəbi idmançıları gətirməsində əsas səbəblərdən biri də İslam Həmrəylik Oyunlarıdır. Qurum həmin beynəlxalq yarışda monqol xanımlarla daha 3 medala ümid edir. Etimadı doğruldacaqları təqdirdə mükafat da vəd edilib. Bu ilin yekununa qədər ödəniləcək məbləğ də əvvəlcədən bəlli olub.

Həmçinin əcnəbi qadın idmançılara Azərbaycanda klub da təklif olunub. Yaxın zamanda Purevsuren Buyanxişiq, Munxtsedev İçinxorlu və ukraynalı İrina Kindzerska “Neftçi” İSM-in üzvü kimi adını yazdırması gözlənilir. Klub təklifini isə idmançılar düşünəcəklərini bildiriblər.
Xəbər verdiyimiz kimi komandanı tərk edənlərdən biri də tanınmış idmançı Kifayət Qasımovadır. O, qayıtmamaqla bağlı qərarında qətiyyətli olduğunu federasiya rəhbərliyinə bildirib.

Qeyd edək ki, millimizə cəlb olunan idmançılar elə də böyük uğura imza atmayıblar. 19 yaşlı Purevsuren Buyanxişiq ikiqat Monqolustan çempionatı mükafatçısı (gümüş, bürünc), Honq-Konqda keçirilən beynəlxalq turnirdə isə qızıl medal qazanıb.

21 yaşlı Erdenebat Bazarraqça isə Monqolustan çempionatında həm qızıl, həm də gümüş medala sahiblənib. 2 dəfə isə Beynəlxalq Turnirin mükafatçısı olub.

Ukraynalı idmançı 26 yaşlı İrina Kindzerska isə Avropa çempionatı mükafatçısıdır.

Yeniçağ.az

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv