AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyətində sonuncu – 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib.
Yenicag.az xəbər verir ki, assosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə start fitindən əvvəl yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.
Bundan başqa Rəşadın “Kayserispor”da çalışdırıcısı olmuş tanınmış məşqçi Ərtuğrul Sağlam da matçı izləyənlər arasındadır.
Qeyd edək ki, R.Sadıqov millidə ilk oyununu 2001-ci ildə İsveç yığmasına qarşı keçirib.