Rövşanə: “Elə qadınlardan qorxuram”

“Həyat yoldaşlarının bu qadınlara münasibətləri necədir bilmirəm, amma çox əcaib görünürlər”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı plastik əməliyyatla özlərini dəyişən xanımlardan danışarkən belə deyib.

Rövşanə elə qadınlardan qorxduğunu deyib:

“Allah hər kəsi individual yaradıb. Son vaxtlar plastik cərrahlar insanları tamamilə bir-birinə bənzədirlər. Şişirdilmiş dodaqlar, dartılmış tülkü gözlər, kəsilmiş burunlar, yuxarı qaldırılmış qaşlar, uzun saçlar- bunlar çox bayağı görünür. Düşünmürəm ki, qarşı cinsin belə qadınlara marağı olar. Hətta hər qadının fərqli qoxusu var və buna görə də fərqli ətirdən istifadə edir. Təsəvvür edin, bütün qadınlar eyni görünüşdədir.

Özümə gəlincə, ümumiyyətlə, plastik əməliyyatdan istifadə etməmişəm. Məni tanıyanlar da bunu bilir. Amma yaş artdıqca- 10-15 ilə yaşın bir mərhələsində qırışlar, xoşagəlməz nələrsə yaranar və buna görə müəyyən əl gəzdirmələr ola bilər. Amma bütövlükdə sifətə doldurulmuş gellər, botoksların əleyhinəyəm. O qadınların üzündə mimika belə yoxdur. O qadınlar gülə bilmir, üzlərində təbəssüm yoxdur. Şeytani sifətləri var, adam onlara baxanda qorxur. Mən belə qadınlardan qorxuram. O qadınlar sanki mumiyadır, onlara toxunmaq olmaz. Həyat yoldaşlarının bu qadınlara münasibətləri necədir bilmirəm, amma çox əcaib görünürlər. Elə adam var dişləri qabağa çıxıb, burnu əyridir, təbii ki, onlara əl gəzdirmək lazımdır. Plastik əməliyyat edən həkimləri də qınamaq olmaz, çünki qadınların istəyi belədir. Pulunu alır, kəsir-doğrayır, sex kimi bir-birinə bənzəyən qadınlar istehsal edir”.

Cəvahir