Rövşən Əkbərovun yerinə bu general təyin olundu

Azərbaycan Ordusunun birlik komandiri  vəzifəsinə general-mayor İlqar Lətifov təyin olunub.

Yenicag.az xəbər verir ki, İlqar Lətifov bu təyinata qədər sözügedən hərbi birləşmənin qərargah rəisi vəzifəsində xidmət aparıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifələrindən azad edilərək, ehtiyata buraxılıblar.