Rövşən İsaxdan iki aktyorun DAVASINA REAKSİYA: “Görəndə şoka düşdü”

Aktyor Cavidan Novruzla İbrahim Çingiz arasında çəkilişdən sonra yaranan mübahisə “Vicdan haqqı” serialının rejissorunu da narahat edib.

Serialın rejissoru Rövşən İsax Yenicag.az-a açıqlamasında baş verənlərə belə aydınlıq gətirib:

“Təvazökarlıqdan uzaq olsa da deyim ki, indiyədək Azərbaycan tamaşaçısı belə tryukları yalnız Amerika filmlərində görmüşdü. Ona görə də yerli serialda bu tryuku görəndə təəccübləndi və bunu həqiqət kimi qəbul etdi. Başladılar sosial şəbəkədə təhqirlər yazmağa. Əslində, Cavidanla İbrahimin arasında çox gözəl dostluq münasibətləri var, heç bir dava, mübahisə baş verməyib. Ona qalsa, gərək serialın digər qəhrəmanı Kamil həyatda da yoldaşını boşaya, İmran hər qarşısına çıxana söz ata və s”.

Cəvahir Səlimqızı
Yenicag.az