Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı – VİDEO

Rovshan_Lenkeranski1470816200Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti “qanuni oğru” Rövşən Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən cinayətkar qruplaşmanın saxlanılmasını əks etdirən video yayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub.

“Qanuni oğru”nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət göstəriblər. Etnik cinayətkar qruplaşmanın üzvləri bunlardır: Xıdır Q. 1970-cı il təvəllüdlü, İlkin A. 1995-ci il təvəllüdlü, Orxan M. 1992-ci il təvəlüdlü, Asim A. 1994-cü il təvəllüdlü, Telman B. 1987-ci il təvəllüdlü. Bunların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Darmadağın edilən cinayətkar dəstənin fəaliyyətindən yerli sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.