!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşən Lənkəranskinin mirası uğrunda savaş başladı

!Reklam – Yazi

ROVSAN1477555939“Oğru aləmi”nin klanları “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) ölümündən sonra kriminal aktivləri uğrunda mübarizəyə başlayıblar.

Modern.az xarici mediaya istinadən bildirir ki, eyibarlı mənbənin məlumatına görə, onun ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq “oğru aləmində” Merab Suxumski kimi məşhur olan Merab Canqveladzeyə məxsusdur.

Mənbə qeyd edir ki, Canqveladze ələ keçirdiyi bu yağlı tikə ilə kifayətlənmək istəmədiyindən, Canıyevin Türkiyədəki aktivlərinə də göz dikib.

Rövşən Lənkəranski ömürünün son illərini Türkiyədə keçirib və ehtimal olunur ki, onun burada stabil maliyyə mənbələri var. Bəzi məlumatlara görə, Türkiyədə “qanuni oğru”nun himayədarlığı ilə çox sayda kommersant və şirkət işləyib.

Bundan əlavə, öldürülən Rövşən Lənkəranskinin beynəlxalq narkotik ticarəti kanalları ilə əlaqəsinin olduğu da bildirilir.

Digər xəbərə görə, Canıyevin yaxın ətrafı son illərdə Canqveladzenin tərəfdaşı kimi çıxış edib. Canqveladzenin klanına Tsripa, Mateviç, Dato, Çuradze daxildirlər, digər tərəfdə nüfuzlu “qanunçu” Hüseyn Slepoy da olub.

Hazırda hər iki tərəf öldürülən Rövşən Canıyevin mirasına iddalıdır. Ancaq etibarlı mənbələrin fikrincə, bu mirasın sülh yolu ilə bölüşdürülməsi baş tuta bilməz.

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv