!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşən Nəcəfov müşavir təyin edildi

!Reklam – Yazi

14569640_1230701306987041_1816524485_nDemokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Rövşən Nəcəfovu humanitar məsələlər üzrə müşavir vəzifəsinə təyin edib.

Rövşən Nəcəfov bu günə qədər, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) Layihələr üzrə Koordinator vəzifəsində, daha sonra İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərib. “AAA” fəaliyyəti zamanı “CONTEXT” Jurnalının və “Bakı Hüquq” Jurnalının koordinatoru, “Məzunlar Akademiyası” və “Uğur Hekayəm” layihələrinin yaradıcısı və rəhbəri olaraq çalışıb. Bundan əlavə, Azərbaycanın ən böyük tələbə layihəsi olan “Azərbaycan Biznes Keys Yarışması” layihəsinin ictimai əlaqələr üzrə koordinatoru olub.

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının fikir müəllifidir. Böyük və kiçik həcimli layihələrə rəhbərlik edib. 2014 və 2015-ci illərdə isə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” ideyasının müəllifi və forumun təşkilatçılarından biri olub. “Azərbaycan üçün Öyrət” təhsil proqramının “Təhsil Avtobusu” layihəsində təlimçi kimi iştirak edib. “Mənim Təhsilim, Mənim Gələcəyim!”, “Mesaj” və “Oxu-magiya” kitablarının naşiridir.

Müxtəlif media qurumlarında müəllif yazıları ilə çıxış edir. Təlimçi və İctimai Əlaqələr (PR) üzrə mütəxəssisdir.

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv