Röya, Aygün, Damla… – Qədir Məmmədov hansını seçdi?

Tanınmış müğənni Qədir Məmmədov indiyə qədər heç bir xanım sənətçi ilə duet oxumadığını etiraf edib.

Yenicag.az xəbər verir ki, sənətçi duet ortağının olmamasını belə izah edib:

“Bu illər ərzində heç kimlə duet oxumamışam. Bunu özüm istəməmişəm. Heç təklif edən də olmayıb”.

Aparıcı Zaur canlı yayımda ona sual ünvanlayıb: “Bir tamaşaçı soruşur ki, Röya, Aygün, Damla – bunların hansı ilə duet oxuyardınız?”

Müğənninin cavabı belə olub: “Hamısı ilə…”

Qeyd edək ki, Q.Məmmədov bu açıqlamanı Xəzər TV-nin “5\5” verilişində edib.

Nehru