Xalq artisti Röya son günlər ev işləri ilə məşğul olarkən çəkdirib paylaşdığı fotoları ilə diqqəti üzərinə çəkib.
Yenicag.az xəbər verir ki, sənətçinin yaradıcılıqdan kənar həyatı daha çox maraq doğurub.
Tozsoranla iş görən zaman çəkilən fotosu ilə Röya nəinki sevilən müğənni, həm də işgüzar ev xanımı olduğunu nümayiş etdirməyə çalışıb.
İzləmə rekordu qıran fotolar sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Yazılan əksər rəylərdə bu tərzin ona çox yaraşdığı qeyd olunub:
“Təki bütün qadınlar sənin kimi tozsoranı yalnız şəkil çəkdirmək üçün istifadə etsinlər…
Star Röya ev işi görürsə, bəzi qızlar utansın. Səni ölməyəsən elə, səhnəmizin şirini…
Tozsorana sevgim artdı…
Çox təbii şəkildir, çox yaraşdı sizə…”
Bununla belə, “Yox artıq, bu qədər yalan olmaz”, – deyib Röyanın ev işləri gördüyünə inanmayanlar da tapılıb.
Nehru