!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Röya konsertlərini təxirə saldı: “Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm”

!Reklam – Yazi

Xalq artisti Röya Ayxan konsertlərini təxirə salıb.

Yenicag.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olmasına görə sarsıldığını bildirən sənətçi belə bir dönəmdə xalqın yanında olduğunu açıqlayıb:

“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Bu arada, İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm. İstədim ki, qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə şəfa versin”.

Cəvahir

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv