!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Röya özü mənimlə duet oxumaq istəyirdi" - Qalmaqal böyüyür

!Reklam – Yazi

“Eurovision” qalibi Nigar Camal “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qonaq olub.

Yenicag.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı “Altın kelebek” mükafatları zamanı Əməkdar artist Röya Ayxanla olan qalmaqalı barədə sualları cavablandırıb.

Sənətçi Röya ilə yaxın münasibətlərinin olmadığını bildirib:

“Röya ilə heç vaxt dost olmamışıq. Özü məni tapdı, duet etmək istədi. Biz 3 dəfə görüşdük. Sonra “Altın kelebek” oldu. Özü zəng edib, Miri Yusifdən nömrəmi götürmüşdü. Əvvəldən bilirdim ki, “Altın kelebek” almayacağam. Mənə dedilər ki, “Oskar” mükafatları kimi qırmızı xalı filan var. Düşündüm ki, maraqlı olacaq. Gedəndə gördüm ki, “Eurovision”un yanında “Altın kelebek” heç nədir. Türk mediasından 2-3 nəfər var idi, onlar da yalnız türklərdən müsahibə götürürdü. Bizi isə tanıyan yox idi, ancaq “Xəzər” TV ilə ATV müsahibə alırdı. Bir də “Altın kelebek”ə təklif gəlsə, getmərəm. Mən Röyanı təbrik etdim. Nə etməli idim ki? Ona “bunu” sözünü deməmişəm, rus dilliyəm deyə, sözüm belə anlaşılıb”.

www.yenicag.az

1637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv