Röya, Tünzalə və Mir Yusifə “Xalq artisti” adı verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı”.

COP29